Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata əsasən, Agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikası daim diqqət mərkəzində saxlayır.
“Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir”, – Agentlikdən bildirilib.