Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2026 / 06:58

Tanınmış İKT təxəssisi və ekspert həbsxanada dünyasını dəyişdi- SƏBƏB

MİKT üzrə ekspert, kibertəhlükəsizlik sahəsində azsaylı peşəkar mütəxəssislərdən olan İlqar Əliyev həbsxanada vəfat edib. Tezadlar.az xatırladır ki, Bu barədə Multi- Media Mərkəzinin rəhbəri Osman Gündüz məlumat paylaşıb. O. Gündüz yazır: “Onun həbsdə xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Ötən ay apellyasiya şikayəti əsasında onun cəzası 4 ildən 3 ilə endirilmişdi. Bu ilin sonu azadlığa çıxmalıydı. Allah rəhmət eləsin”.
Osman Gündüzün İlqar Əliyev haqqında ilyarım əvvəl yazdığı statusunda isə deyilirdi: “MİKT üzrə ekspert, kibertəhlükəsizlik sahəsində azsaylı peşəkar mütəxəssislərdən olan İlqar Əliyev 4 il azadlıqdan məhrum edilib.  Uzun müddət İKT sektorunda peşəkar birisi olaraq tanıdığım şəxslə, Ilgar Aliyevlə bağlı son bir ildə baş verənləri izləməyə çalışırdım. İstintaq altında idi. Həmişə dostlardan, yaxınlarından onun haqqında soruşurdum. Xahiş edirdilər ki, məhkəməsi başa çatanadək ictimailəşdirməyək. Bir neçə gün öncə məhkəməsi başa çatıb və bildiyim qədər o qanunsuz narkotik maddə daşıması ittihamı ilə 4 il azadlıqdan məhrum edilib. Özü isə bunları böhtan olaraq dəyərləndirib və baş verənlərlə bağlı dövlət başçısına müraciət edib. Sektorda, xüsusən də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olanlar onu yaxşı tanıyır.
Hətta jurnalistlərin də çoxu onu tanımalıdır, həm əvvəllər bizim təşkil etdiyimiz İKT təlimlərində, həm də sonra müxtəlif təlim və semminarlarda onu təlimçi və moderator olaraq görmək olurdu. Bilik və bacarıqlarını bölüşməyi, müxtəlif media təlimlərində jurnaistlərə və gənclərə öyrətməyi xoşlayardı, mediada və TV-lərdə həm də maarifçiliklə məşğul olurdu.
Bəzi dostlarımız da onun məhz xaricdən maliyyələşməsi şübhə doğuran hansısa təlimlərə dəvət alması, həmişə olduğu kimi rəqəmsal transformasiyaya töhfə verməsi baxımından bu tədbirə də qatılmasından dolayı diqqət cəlb etməsini vurğulayırlar.
Belə bir halın absurd olduğunu düşünərək, bunun nə dərəcədə həqiqətə uyğun olmasını deməkdə çətinlik çəkirəm.
Bildiyim qədər son dövrlərdə o, Mərkəzi Bankda, Port Bakı limanında və digər qurumlarda və layihələrdə informasiya təhlükəsizliyi üzrə çalışırdı, FinTech-də və Banklar Assosiasiyasında İT üzrə ekspert idi.
İlqar müəllimi uzun müddətdir həm peşəkar bir İT mütəxəssis olaraq, jurnalistlərin və gənclərin rəqəmsal savadlılığına həmişə diqqət yetirən, dürüst və nümunəvi, cəmiyyətimiz və dövlətimiz üçün çox faydalı bir insan olaraq tanıyıram.
Görünür ki, məhkəməsi olmadan, istintaq altında olduğu müddətdə ailəsi ədalətli bir qərar veriləcəyinə ümid olub, bu məsələnin ictimailəşməsində maraqlı olmayıb. Ona görə də sektorda çox adamın heç baş verənlərdən xəbəri olmayıb.
İndi İlqar bəy Prezidentə müraciət edib. İnanmaq istərdim ki, burada nəsə bir anlaşılmazlıq olub. Çox təəssüfləndirici bir hadisədir. Ümid edirəm bu məsələ bir daha yenidən araşdırılacaq, ədalət öz yerini tapacaq və İlqar bəy azadlığa qovuşacaq”.
Sitatın sonu!
(Şəkildə: İlqar Əliyev).
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!