ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakim Ceffrisi ölkə üçün təhlükə yaradan quldur adlandırıb.
Tezadlar.az xəbər verir ki, Amerika lideri bunu özünün Truth Social səhifəsində yazıb.
“Hakim Ceffrisi quldurdan başqa bir şey deyil və o, ölkəmiz üçün təhlükə yaradır!” – deyə Amerika lideri yazıb.
Əvvəllər Ceffri ABŞ Ali Məhkəməsinin hakimlərinin əksəriyyətini seçki dairələrinin sərhədlərinin çəkilməsi qaydaları ilə bağlı qərar qəbul etdikdən sonra “qanunsuz” adlandırmışdı. Tramp bu açıqlamanı təhlükəli adlandırmış və Demokrat azlıq liderinin cinayətkar və millət üçün təhlükə olduğunu əlavə etmişdi.
E.ŞİRİNOV







