2 May 2026 / 19:29

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd etdi

Vəziyyət sərtləşir: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, anonim qalmaq şərti ilə danışan iranlı yüksəkvəzifəli şəxs belə bildirib. Məlumata görə, təklifə əsasən, İran Hörmüz boğazında gəmiçiliyi bərpa edəcək, ABŞ isə İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını dayandıracaq. Eyni zamanda, İranın nüvə proqramı ilə bağlı danışıqların daha sonrakı mərhələyə saxlanılması təklif olunur. Lakin ABŞ Prezidenti Donald Tramp bu təklifi qəbul etməyib. O, Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İranın irəli sürdüyü bəzi şərtlərlə razılaşa bilmir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hava hücumlarını dayandırmasından dörd həftə keçməsinə baxmayaraq, münaqişənin başa çatdırılması ilə bağlı razılaşma əldə olunmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!