3 May 2026 / 21:57

SON DƏQİQƏ: Livanda ölənlərin sayı 2679-a çatıb

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 20 nəfər artaraq 2679-a çatıb.

Tezadlar.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyi martın 2-dən bəri İsrail hücumlarında ölən və yaralananların sayını paylaşıb.

Buna görə, İsrail hücumlarında ölənlərin sayı 2679-a, yaralananların sayı isə 8229-a çatıb.

Səhiyyə Nazirliyi dünənki açıqlamasında martın 2-dən bəri İsrailin Livana hücumlarında 2659 nəfərin öldüyünü bildirib.

İsrailin Livana hücumları və atəşkəs

İsrail ordusu martın 2-də Livana intensiv hava hücumları təşkil edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib.

Livan hökuməti həmçinin bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp aprelin 17-də qüvvəyə minən Livan və İsrail arasında 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb. Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubundakı hücumları davam edir və “Hizbullah” qisas almağa davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!