Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 May 2026 / 10:56

İrandan hədə: ABŞ donanması Hörmüz boğazına girərsə, onu hədəfə alacağıq

ABŞ-ın Hörmüz boğazında qalan gəmilərin keçidini dəstəkləyəcəyi açıqlamasından sonra İran ordusu ABŞ Hərbi Dəniz Qüvvələri əraziyə yaxınlaşarsa, onları hədəfə alacağını bildirib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahından verilən açıqlamada deyilir: “Xəbərdarlıq edirik ki, hər hansı bir xarici silahlı qüvvə, xüsusən də ABŞ-ın işğalçı ordusu Hörmüz Boğazına yaxınlaşmağa və ya girməyə cəhd edərsə, hücuma məruz qalacaq”.

Açıqlamada Hörmüz boğazının İran Silahlı Qüvvələrinin nəzarəti altında olduğu və keçidin İran Silahlı Qüvvələri tərəfindən əlaqələndirilməli olduğu vurğulanıb. Bölgədəki gəmilərə əlaqələndirilməmiş keçidlər edərək təhlükəsizliklərini təhlükəyə atmamağa çağırılıb.

Aşıqlamada həmçinin ABŞ-ın bölgədə “dəniz piratçılığı” ilə məşğul olmaqla qlobal iqtisadiyyatı təhlükəyə atdığı və İranın hər hansı bir təhdidə və ya hücuma güclü cavab verəcəyi bildirilib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından ticarət gəmilərinin keçidini asanlaşdırmaq üçün bu gün başlayacaq “Azadlıq Əməliyyatı”na dəstək verməyə başlayacağını və əməliyyatda 15.000 hərbi qulluqçunun iştirak edəcəyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp həmçinin bu gündən etibarən Hörmüz boğazında ilişib qalmış və Yaxın Şərq böhranı ilə əlaqəsi olmayan “neytral” ölkələrin gəmilərinə kömək etməyə başlayacaqlarını açıqlayıb.

Tramp bildirib ki, “İranın Yaxın Şərqin və ABŞ-ın rifahı naminə bu ölkələrə gəmilərini bu məhdud boğazdan təhlükəsiz şəkildə keçirəcəyimizi və beləliklə, onlar öz işlərini sərbəst və problemsiz davam etdirə biləcəklərini söylədik”.

Tramp heç bir konkret ölkə adını çəkmədən onları “dünyanın müxtəlif yerlərindən olan və Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmayan ölkələr” kimi təsvir edib və əməliyyatın əsasən humanitar məqsədlər üçün aparılacağını qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!