Trampın partiyasının uduzması həm də Ukrayna cəbhəsində problemlərə yol açıb. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın əvvəlki razılaşmalar çərçivəsində Kiyevə ayırmalı olduğu 16 milyard dollar məbləğində yardımı dayandırdığını bildirib. Tezadlar.az xəbər verir ki, Zelenski bu barədə “TSN” telekanalına müsahibəsi zamanı danışıb. O bildirib ki, Ukrayna əvvəlki razılaşmalar və qərarlar əsasında nəzərdə tutulan vəsaitin alınması üçün mübarizə aparmalıdır. Prezident ABŞ-ın göstərdiyi dəstəyə görə minnətdar olduqlarını, lakin ayrılması dayandırılan vəsaitin əldə olunması istiqamətində Vaşinqtonla danışıqları davam etdirəcəklərini vurğulayıb. Zelenskinin sözlərinə görə, ABŞ-da siyasi qüvvələrin yenidən bölüşdürülməsi fonunda Vaşinqtonla dialoqu düzgün qurmaq və həm demokratların, həm də respublikaçıların dəstəyini qorumaq vacibdir. O, bunun Ukraynanın əlavə yardım əldə etmək imkanlarını artıra biləcəyini bildirib.
ABŞ Ukraynaya 16 milyard dollarlıq yardımı niyə dayandırdı?






