Paşinyan Azərbaycana səfər etməsi arzusundan danışıb. Tezadlar.az xatırladır ki, Baş nazir bu günkü tədbirdə deyib: “…Ümid edirəm ki, 2028-ci ildə, ölkənin Avropa Siyasi Birliyi zirvə toplantısına ev sahibliyi edəcəyi zaman Azərbaycana səfər etmək imkanım olacaq…”. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu bu gün 4 mayda İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi zirvə toplantısının plenar iclasında bəyan edib. O, xatırladıb ki, Azərbaycan Prezidenti ilk dəfədir ki, videoformatda olsa da, Ermənistanda keçirilən tədbirdə iştirak edir. Paşinyan əlavə edib ki, Ermənistan və Azərbaycan Avropa Siyasi Birliyi zirvə toplantılarına ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyirlər. O, həmçinin qeyd edib ki, Türkiyə Prezidenti ilə ilk görüşü Praqada, Avropa Siyasi Birliyinin birinci zirvə toplantısı çərçivəsində baş tutub. Onun sözlərinə görə, Türkiyənin vitse-prezidenti bu gün İrəvanda keçirilən toplantıda iştirak edir. Paşinyan əlavə edib ki, bu, Türkiyənin vitse-prezidentinin Ermənistana ilk səfəridir.
Deyəsən, dünya düzəlmək istəyir, amma…
A.Məmmədli