7 May 2026 / 14:00

Verdiyev Azərə məxsus “Eşqin” şadlıq sarayında yoxlama keçirilib – FOTOLAR

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonu, Düzqışlaq kəndində fəaliyyət göstərən, Verdiyev Azər Nəriman oğluna məxsus “Eşqin” şadlıq sarayında yoxlama keçirib.
Tezadlar.az  AQTA-ya istindən xəbər verir ki, baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində havalandırma sisteminin quraşdırılmadığı, manqalxana, soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində döşəmə, divar səthlərinin asan yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı və korroziyaya uğradığı aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!