Fransa ilə Azərbaycan arasında siyasi gərginlik beynəlxalq platformalarda qarşılıqlı ittihamlarla müşayiət olunmaqda davam edir. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baron İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda çıxışı zamanı Azərbaycanın ünvanına növbəti ittihamlar səsləndirib. Fransalı nazir Azərbaycanın Yeni Kaledoniya da daxil olmaqla, Fransanın xarici ərazilərində baş verən proseslərə müdaxilə etdiyini iddia edib. O, bu məsələni demokratiyaya və siyasi sabitliyə təsir göstərən xarici müdaxilələr kontekstində təqdim edib.
Rəsmi Parisin bu mövqeyi iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətlər fonunda diqqət çəkir. Xüsusilə Fransanın öz ərazilərindəki siyasi proseslərlə bağlı Bakıya yönəltdiyi ittihamlar, Yeni Kaledoniyanın gələcəyi və Azərbaycanın bu məsələdəki mövqeyi diplomatik müstəvidə müzakirə doğurur.
Fransanın xarici işlər nazirinin beynəlxalq platformada Azərbaycanı yenidən müdaxilədə ittiham etməsini necə qiymətləndirirsiniz? Bu açıqlamanın arxasında hansı siyasi məqsədlər dayana bilər?
Bəs Bakı bu məsələdə hansı hüquqi və siyasi arqumentləri önə çəkə bilər?
Məsələ ilə bağlı Tezadlar.az-a açıqlama verən deputat Tənzilə Rüstəmxanlı bildirdi: “Azərbaycanın qətiyyəti ilə Cənubi Qafqazda sülh və sabitliyin yaranması bəzi destruktiv qüvvələri, erməni lobbisini narahat etdiyi kimi, Fransanın da “yuxusunu ərşə çəkib”. Paris artıq 6 ildir ki, ədalətsiz və qərəzli formada Azərbaycana “təzyiq” göstərmək üçün bütün rıçaqlarını işə salıb – təbii ki, heç bir işə yaramayan bu addımlar nəticədə Fransanın özünün imicinə zərbə vurur.
Millət vəkilinin sözlərinə görə, 2020-ci il Vətən müharibəsindən sonra addımbaşı Azərbaycana qarşı qarayaxma kampaniyası təşkil etmək, “beynəlxalq təzyiq” formalaşdırmaq, hətta ölkəmizə qarşı bəzi “sanksiyalar” yönəltmək kimi “arzular”a düşən Makron hakimiyyətinin ölkəmizə qarşı apardığı əsassız düşmənçilik xəstə psixoloji durumu xatırladır. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Azərbaycanı Fransanın xarici ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə müdaxilə etmək kimi cəfəng ittihamı da bu qəbildəndir.
Deputat əlavə etdi ki, fransalı nazirin Azərbaycana qarşı bu ittihamı ölkəsinin Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdindən başqa bir şey deyil. İki il öncə güc tətbiqi nəticəsində azı 14 nəfərin həlak olduğu və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər faydasız olduğunu nümayiş etdirir.
Tənzilə Rüstəmxanlı sonda vurğuladı ki, reallıqda Fransa hər zaman regional məsələlərə qarışaraq, Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışıb. Son ittihamlar həm də onu göstərir ki, Fransa Azərbaycanla münasibətlərdə qərəz siyasətinə son qoymayıb. Azərbaycan tərəfi artıq bununla bağlı rəsmi mövqeyini bildirib. Yeni Kaledoniyada yaşayan insanlar Fransanın müstəmləkəsi altında əzilən xalqlar öz haqları uğrunda mübarizə aparırlar. Bu, insan haqları məsələsidir. Azərbaycan hər zaman dünyada beynəlxalq hüququn tərəfdarı olub və xalqların əzilməsinə qarşı çıxıb. Bundan sonra da ölkəmizin bu siyasətinə sadiq qalacağına şübhə yoxdur.
Dəniz Pənahova