Əsas məzmuna keç

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirdi – TƏCİLİ

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Nazirliyin Mətbuat Xidmətindən Tezadlar.az-a bildirilib ki, nəticədə məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…