Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Mersin şəhərində dəhşətli qətliam törədilib.
Tezadlar.az xəbər verir ki, Tarsus rayonunda 17 yaşlı gənc tərəfindən həyata keçirilən silsilə silahlı hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Məlumata görə, silahlı şəxs əvvəlcə yerli restoranlardan birinə daxil olaraq qəfildən atəş açıb. Nəticədə obyektin sahibi və bir əməkdaşı həyatını itirib. Hadisədən sonra avtomobillə ərazidən qaçan şəxs əvvəlcə heyvan otaran gənci, daha sonra isə evinin qarşısında dayanan yük maşını sürücüsünü də güllələyərək qətlə yetirib. O, həmçinin qaçmağa çalışarkən qarşısına çıxan daha 8 nəfəri də müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıb.
Hadisədən dərhal sonra əraziyə çox sayda jandarma və təcili yardım briqadaları cəlb olunub. Yaralılar rayon dövlət xəstəxanasına yerləşdirilib, onların sayının artma ehtimalı var.
Hazırda təhlükəsizlik qüvvələri ərazidə geniş təhlükəsizlik tədbirləri görür. Şübhəlinin saxlanması üçün havadan helikopter dəstəkli genişmiqyaslı axtarış-əməliyyat tədbirləri davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.