Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib.
Tezadlar.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda adıçəkilən rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.







