Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2026 / 16:59

Məşhur iş adamının oğlu atasının ölümündə şübhəli bilinir

Türkiyə-İspaniya vətəndaşı və aparıcı İspaniya tekstil brendinin təsisçisi İsak Andiç Ermayın 2024-cü ildə ölümü ilə bağlı yeni hadisələr ortaya çıxıb. Qətl ittihamı ilə saxlanılan böyük oğlu Conatan Andiç hakim qarşısına “şübhəli” kimi çıxıb.

Tezadlar.az xəbər verir ki, son məlumata görə, Andiç 1 milyon avro girov müqabilində şərti olaraq azadlığa buraxılıb.

Aparıcı İspaniya tekstil şirkəti olan Mango-nun təsisçisi İsak Andiç Ermayın böyük oğlu Conatan Andiç 2024-cü ildə atasının ölümü ilə bağlı “şübhəli” kimi ifadə verib.

Katalaniya yerli polisi tərəfindən saxlanılan Conatan Andiç Martorelldəki 5 saylı İstintaq Məhkəməsində ifadə verib.

Məhkəmə Andiçin 1 milyon avro girov müqabilində azadlığa buraxılması barədə qərar verib.

Qərarda onun pasportunun müsadirə edilməsi, səyahət qadağası və həftəlik qeydiyyat üçün məhkəməyə gəlmək öhdəliyi nəzərdə tutulurdu.

İspaniya mediasının məlumatına görə, bir saatdan çox davam edən Conatan Andiçin ifadəsi yalnız vəkili Kristobal Martellin suallarını cavablandırmaqdan ibarət olub.

Ailə tərəfindən verilən açıqlamada Conatan Andiçin günahsızlığı müdafiə edilərək, “ona qarşı heç bir qanuni dəlilin olmadığına və olacağına tamamilə əmin olduqları” bildirilib.

İsak Andiç Ermay 14 yaşında İspaniyaya mühacirət etmiş və ömrünün çox hissəsini Barselonada keçirmişdi. 71 yaşlı iş adamı 14 dekabr 2024-cü ildə Montserrat bölgəsində gəzinti zamanı 100 metrlik uçurumdan yıxılaraq vəfat edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!