Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin torpaqlarını qanunsuz olaraq ələ keçirən bir qrup israilli İsrailin işğalı altında olan Livan ərazisinə daxil olub və orada yəhudi məskənləri salmaq istəyib.
Tezadlar.az xəbər verir ki, İsrail ordusu Livan ərazisinə daxil olan beş israillinin tutularaq İsrail polisinə təhvil verildiyini açıqlayıb.
Açıqlamada İsrail əsgərləri və mülki şəxsləri təhlükəyə atan hadisə pislənib və cinayət adlandırılıb.
Fələstin torpaqlarını ələ keçirən bəzi ekstremist İsrail qrupları tez-tez yeni yəhudi məskənləri salmaq üçün Suriya və Livan ərazilərinə qanunsuz olaraq daxil olublar.
Bu həftənin əvvəlində Fələstin torpaqlarını ələ keçirən bir qrup israilli də qanunsuz olaraq yeni yəhudi məskənləri salmaq istədikləri Suriya ərazisinə keçib.
E.ŞİRİNOV