Əsas məzmuna keç

İrina Podşibyakina ərinə dəstək üçün işindən ayrılı

Türkiyənin “Qalatasaray” klubunun heyətinə qatdığı gənc futbolçu Aleksey Batrakovun həyat yoldaşı, Rusiyanın qadınlardan ibarət milli komandasının keçmiş futbolçusu olan və idman karyerasını başa vurduqdan sonra televiziya sahəsində fəaliyyət göstərən İrina Podşibyakina İstanbulda yaşamaq qərarına gəlib.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  Rusiyada karyerasını davam etdirən Podşibyakina ərinin yeni həyatına dəstək olmaq üçün işindən ayrılıb.

Həyat yoldaşının Türkiyədəki futbol karyerasına və yeni həyatına tam dəstək olmaq istəyən İrinanın bu qərarı diqqət çəkib.

Bildirilir ki, onun əsas məqsədi ərinin yeni komandaya, İstanbulun həyat tərzinə və Türkiyəyə uyğunlaşmasına kömək etməkdir.

İstanbulda yeni həyata başlamağa hazırlaşan Podşibyakina artıq əri Aleksey Batrakovla birlikdə yaşayacaqları ev üçün axtarışlara başlayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…