Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nigeriyanın şimal-şərqində Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror qruplaşmaları tərəfindən girov götürülmüş 92 mülki şəxs xilas edilib.
Tezadlar.az xəbər verir ki, Hadin Kai Əməliyyatının media məlumatı üzrə məsul şəxsi Sani Uba ordunun Borno əyalətində Boko Haram və ISWAP-a qarşı əməliyyatlar keçirdiyini açıqlayıb.
Bu əməliyyatlarda terrorçular tərəfindən girov götürülmüş 92 mülki şəxs xilas edilib.
Uba əməliyyatların müşahidə sistemləri sayəsində həyata keçirildiyini bildirib və əlavə edib ki, “Xilas edilənlər 52 kişi, 33 qadın və 7 uşaqdır”.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP terror qruplaşmalarının hücumları ilə üzləşir.
E.ŞİRİNOV