Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 12:02

İran: Hörmüz boğazından keçid üçün rüsum yoxdur

İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazının sahilyanı dövlətlərin nəzarəti altında olduğunu və keçid üçün heç bir rüsum alınmayacağını bildirib. Sözçü ABŞ ilə müzakirələrdə bəzi çərçivələrin müəyyən edilsə də, razılaşmanın qaçılmaz olmadığını söyləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Hörmüz boğazı ilə bağlı mümkün razılaşma ilə bağlı açıqlamalar verib.

Tezadlar.az xəbər verir ki, sözçü boğazın sahilyanı dövlətlərin nəzarəti altında olduğunu bildirib və keçid üçün rüsum alınacağı iddialarını rədd edib. Sözçü müəyyən xidmətlərin xərclərə səbəb ola biləcəyini etiraf etsə də, bunun “tranzit haqqı” hesab edilməməli olduğunu söyləyib.

ABŞ ilə danışıqlara toxunan İran rəsmisi qeyd edib ki, bir çox məsələdə çərçivə əldə edilsə də, bu, razılaşmanın yaxın olduğu anlamına gəlmir.

Sözçü həmçinin bildirib ki, Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması mümkün razılaşmanın bir hissəsi olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!