Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mərkəzi Komandanlığın (CENTCOM) sözçüsü Tim Hokins ABŞ qüvvələrinin İranın cənubunda hücumları “özünmüdafiə” məqsədilə həyata keçirdiyini bildirib.
Tezadlar.az bildirir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Hokins ABŞ-ın İranın cənubundakı hədəflərə yeni hücumlar həyata keçirdiyini açıqlayıb.
Hokins hücumların “özünmüdafiə” məqsədilə həyata keçirildiyini və “ABŞ qoşunlarını İran qüvvələrindən gələn təhdidlərdən qorumaq” məqsədi daşıdığını iddia edib.
O, hədəf alınan yerlərin raket buraxılış məntəqələri və mina qoymağa hazırlaşdığı bildirilən İran gəmiləri olduğunu bildirib və əlavə edib ki, ABŞ “davam edən atəşkəs dövründə qüvvələrini qoruyarkən təmkin nümayiş etdirməyə davam edəcək”.
E.ŞİRİNOV