Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Fox News” Xatirə Günündə (25 may) çimərlikdə amerikalılar arasında sorğu keçirib. Gənc amerikalılar ölkənin tarixi ilə bağlı əsas suallara cavab verə bilməyiblər. Respondentlərin İkinci Dünya Müharibəsi ilə bilgiləri xüsusilə zəif olub.
Tezadlar.az-ın məlumatına görə, bəziləri iddia ediblər ki, Perl-Harborun bombalanması yaponlar tərəfindən deyil, amerikalıların özləri tərəfindən həyata keçirilib. Respondentlər həmin müharibədə Amerikanın düşmənləri kimi Rusiya, Albaniya və Vyetnamı göstəriblər. Bir gənc bir az düşündükdən sonra deyib: “İkinci Dünya Müharibəsi… Bəli, Vyetnam!”
Respondentlər Soyuq Müharibə üçün fərqli bir izahat veriblər: hətta əminliklə bildiriblər ki, Soyuq Müharibə adını həmin dövrdə qar yağdığı üçün veriblər.
“Mən Soyuq Müharibə adlı kompüter oyunları oynamışam. Bunu dəqiq bilirəm”, – deyə respondentlərdən biri bildirib.
Bəziləri Amerika İnqilab Müharibəsi ilə bağlı sualda Böyük Britaniya əvəzinə, Fransanın adını çəkərək səhvə yol veriblər. Və Xatirə Günü (həlak olan əsgərlərin xatirəsini yad etmək) ölkənin “ad günü” ilə səhv salınıb.
Əvvəllər bildirilirdi ki, Avropa Parlamentinin (AP) üzvləri xəritədə ölkə adları olmayan İranı tapa bilmirlər. “Quotidien” verilişində bir neçə üzv İslam Respublikasını Bolqarıstan, Türkiyə, Əfqanıstan və Səudiyyə Ərəbistanı ilə səhv salıb.
E.ŞİRİNOV