Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın cənubundakı daha beş şəhərə hücumla hədə və qovulma əmri verib.
Tezadlar.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında paylaşım edərək bildirib ki, ordunun Livanın cənubundakı Nəbatiyyə quberniyasındakı Kafr Huna, Melih, Armata, Cərcou və Yuxarı Homin şəhərlərini hədəf alacağı bildirilib.
Adraee bu şəhərlərdəki Livan sakinlərindən evlərindən ən azı bir kilometr uzaqlaşmalarını tələb edib.
İsrail ordusu həmçinin günün əvvəlində Nəbatiyyə şəhər mərkəzinə hücum etməklə hədələyib.
E.ŞİRİNOV