Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 23 gəminin keçdiyini və düşmən ölkələrə məxsus gəmilərin keçməsinə icazə verilmədiyini açıqlayıb.
Tezadlar.az bildirir ki, açıqlama İnqilab Keşikçiləri Korpusu Dəniz Qüvvələri tərəfindən verilib.
Yazılı açıqlamada bildirilir ki, son 24 saat ərzində Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında neft tankerləri, konteyner gəmiləri və digər ticarət gəmiləri də daxil olmaqla 23 gəmi Hörmüz boğazından keçib.
Açıqlamada əlavə edilib ki, “Düşmən ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsi qadağandır”.
E.ŞİRİNOV