Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2026 / 08:31

İran dövlət televiziyası: ABŞ təyyarəsi vuruldu

İran mediası Fars körfəzi sahilindəki Buşehr əyalətində eşidilən partlayışın hava hücumundan müdafiə sistemlərinin düşmən təyyarələrini ələ keçirməsi nəticəsində baş verdiyini bildirib. Cam qubernatoru Tengistani bir təyyarənin vurulduğunu təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyası bir saat əvvəl Fars körfəzi sahilindəki Buşehr əyalətinin Cam şəhərində partlayışın eşidildiyini bildirib.

Partlayışın hava hücumundan müdafiə sistemlərinin düşmən təyyarəsini ələ keçirməsi nəticəsində baş verdiyi bildirilib.

Məsələ ilə bağlı dövlət televiziyasına danışan Cam qubernatoru Məsud Tengistani deyib: “Cam səmasında Silahlı Qüvvələr tərəfindən bir təyyarə vurulub”.

Tengistani əlavə edib ki, hazırda şəhərdə vəziyyət sakitdir.

“Fars” Xəbər Agentliyi bölgədəki mənbələrə istinadən bildirib ki, hava hücumundan müdafiə sistemləri Fars körfəzi üzərində bir təyyarəni vurub və təyyarə Fars körfəzinə düşüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!