Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran mediası ABŞ prezidenti Donald Trampın İranla razılaşma əldə edildiyinə dair açıqlamalarının əksinə olaraq, hələlik heç bir razılaşma əldə edilmədiyini bildirib.
Tezadlar.az xəbər verir ki, yarırəsmi “Fars” Xəbər Agentliyi ABŞ ilə danışıqlardan xəbərdar mənbələrə istinadən Trampın İranla mümkün razılaşma ilə bağlı son iddialarının yalan olduğunu yazıb.
Bu mənbələr Trampın açıqlamalarını “həqiqət və yalan qarışığı” kimi təsvir edərək, ABŞ prezidentinin “yalançı qələbə qazanmağa çalışdığını” bildiriblər.
Razılaşmanın “öhdəliklər üçün öhdəliklər” çərçivəsində hazırlandığını qeyd edən İran mənbələri Tehranın hələlik razılaşmanı təsdiqləmədiyini bildiriblər.
Trampın İranın Hörmüz boğazını heç bir ödəniş tələb etmədən nəqliyyat vasitələrinin hərəkəti üçün açacağı iddiasının yalan olduğu, razılaşmada belə bir bəndin olmadığı və İranın blokadanın qaldırılmasından sonra özünün əvvəlcədən müəyyən edilmiş razılaşmalarına uyğun olaraq boğazı yenidən açacağı bildirilib.
E.ŞİRİNOV