Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2026 / 23:32

İsrail Qəzzanı bombalayır

İsrail ordusunun Qurban bayramının üçüncü günündə Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda iki fələstinli həlak olub, uşaqlar da daxil olmaqla beş nəfər yaralanıb.

Tezadlar.az xəbər verir ki, yerli mənbələrə görə, Qəzza şəhərinin mərkəzindəki Palmira restoranının yaxınlığındakı Nunu ailəsinin evinə edilən hücumda 2 fələstinli ölüb, 3 nəfər yaralanıb.

Qəzzanın mərkəzindəki Bureyc Qaçqın Düşərgəsində mülki əraziyə edilən hücumda iki fələstinli uşaq yaralanıb.

Səhiyyə mənbələri və şahidlərin sözlərinə görə, Bureyc Düşərgəsində mülki toplantıya edilən dron hücumunda yaralanan iki uşaq xəstəxanaya aparılıb.

Həmçinin İsrail artilleriyasının eyni əraziyə hücum etdiyi bildirilib.

Qəzza hökumətinin media ofisinin məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrail hücumlarında təxminən 922 fələstinli ölüb, 2786 nəfər yaralanıb.

İsrail ABŞ-ın dəstəyi ilə 8 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlara başlayıb. Bu hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olan 72.819 fələstinli həlak oldu və 172.000-dən çox insan yaralanıb.

Hücumlar nəticəsində Qəzzanın infrastrukturunun təxminən 90%-nin dağıldığı təxmin edilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!