Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2026 / 23:58

Lula da Silva: ABŞ Braziliyaya “uşaq kimi” yanaşmamalıdır

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın ölkədəki iki cinayətkar dəstəni “terror təşkilatları” siyahısına salmasından sonra Braziliyanın “uşaq kimi” davranılmasını qəbul etməyəcəyini söyləyib.

Tezadlar.az xəbər verir ki, Lula da Silva Braziliyanın şimal-şərqindəki bir fabrikin açılışında çıxış edib.

Vaşinqton administrasiyasının Braziliyadakı iki cinayətkar dəstəni – “Comando Vermelho (CV)” və “Primeiro Comando da Capital (PCC)” – “terror təşkilatları” kimi siyahıya alması ilə bağlı Lula da Silva deyib: “Biz uşaq kimi, kiçik bir banan respublikası kimi rəftar edilməsini qəbul etmirik. Əgər (Tramp) həqiqətən Braziliyaya kömək etmək istəyirsə, Mayamidə yaşayan Braziliya dəstə liderlərini ekstradisiya etməklə başlaya bilər.”

Lula da Silva artıq mütəşəkkil cinayətkarlıqla fəal şəkildə mübarizə apardıqlarını bildirərək deyib: “PCC və CV artıq böyük şəhərlərin ətrafında yaşayan insanlar üçün terror təşkilatlarıdır. Bu strukturlar insanların əmlakını oğurlayır və zorakılıq yolu ilə onlara zülm edir.”

Braziliya hökumətinin bəyanatı: Milli suverenlik danışıqlara açıq deyil

Lula da Silvanın çıxışından sonra Braziliya hökuməti də ABŞ-ı “suverenlik” barədə xəbərdar edən bir bəyanat yayıb.

Cinayətkar təşkilatlarla mübarizədə əməkdaşlığa hazır olduğu bildirən bəyanatda aşağıdakılar bildirilir:

“Cinayətkar təşkilatlarla mübarizəyə yönəlmiş bütün beynəlxalq əməkdaşlıq formaları xoş qarşılanır. Biz iştirak edən ölkələrə fayda verəcək birgə həllər hazırlamağa hazırıq. Lakin biz xaricdən qaynaqlanan və suverenliyimizə və iqtisadiyyatımıza hücum etmək üçün bəhanə kimi istifadə ediləcək özbaşına tədbirlərin həyata keçirilməsini qəbul etmirik. Milli suverenlik danışıqlara açıq deyil. Braziliya daxili işlərinə hər cür müdaxiləni rədd edir.”

Bəyanatda Donald Tramp administrasiyasının CV və PCC təşkilatlarını “terror” siyahısına əlavə etmək qərarının Braziliyanın bu qruplara qarşı mübarizəsini zəiflədə biləcəyi qeyd edilərək, əlavə edildi: “Danışıqlar aparılmadan görülən birtərəfli tədbirlər cinayətkarlara qarşı mübarizəni zəiflədə və günahsız insanların həyatını təhlükəyə ata bilər. Bu, həmçinin hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi imkanlarını azalda bilər.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!