6 İyun 2026 / 07:10

Trampdan son qərar: Zelenski və Putin müharibənin taleyini özləri həll etməlidir!

Bu da son: ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna və Rusiya müharibənin başa çatdırılması ilə bağlı məsələləri özləri həll etməlidirlər. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: “Tərəfləri hazırkı mərhələyə gətirən məhz ABŞ olub. Qoy bununla özləri məşğul olsunlar. Mən onları bu nöqtəyə gətirdim və düşünürəm ki, məsələ həll olunacaq”.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında münaqişənin həll olunacağı məqama yaxınlaşılır. Lakin o, tərəfləri bu məqama gətirən şərt və məqamların nədən ibarət olduğunu dilə gətirməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!