Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına töhfə verəcək.
Tezadlar.az bildirir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Ermənistan Baş naziri Nikol Paşinyanın partiyasının seçkilərdəki qələbəsini şərh edərkən X hesabında yazıb.
O, bildirib ki, Paşinyan öz ölkəsini sülh yoluna yönəldib və Azərbaycanla barışığa gətirib çıxarıb ki, bu da regional sabitliyin, eləcə də əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Qeyd edək ki, ən son məlumata görə, Ermənistan parlamentindəki 105 yerdən Nikol Paşinyanın partiyası (Mülki Müqavilə) 64, Samvel Karapetyanın partiyası (Güclü Ermənistan) 29, Robert Köçəryanın bloku (“Ermənistan”) isə 12 mandat əldə edib.