Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 İyun 2026 / 16:47

Sosial şəbəkələrdə yaş senzi: QANUN BUNLARI QADAĞAN EDƏCƏK!

Nəhayət, yeni qanun layihəsi ilə bağlı sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin yoxlanılması qaydaları açıqlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində məlumat verib. H.Hüseynli qeyd edib ki, yaşın müəyyənləşdirilməsi bank kartı vasitəsilə (vəsaitin müvəqqəti bloklanması mexanizmi ilə), elektron poçt və mobil nömrə məlumatlarının qarşılıqlı yoxlanılması əsasında aparılacaq. Bildirilib ki, bu prosesdə müəyyən öhdəliklər platforma provayderlərinin üzərinə də düşəcək. Yeniyetmələr üçün asılılıq yarada bilən “sonsuz sürüşdürmə” funksiyası və videoların avtomatik işə düşməsi kimi manipulyativ dizayn elementlərinin istifadəsi qadağan ediləcək. Eyni zamanda, valideynlərə övladlarının platformalarda keçirdiyi vaxtı və gördükləri məzmunu nəzarətdə saxlamaq üçün xüsusi idarəetmə paneli təqdim olunacaq.

Qeyd olunub ki, fərdi məlumatlardan yalnız yaşın təsdiqlənməsi məqsədilə istifadə ediləcək və uyğunluq təsdiqlənmədiyi halda bu məlumatlar dərhal silinəcək. Həmçinin bu məlumatların reklam və kommersiya məqsədləri üçün istifadəsi və ya üçüncü şəxslərə ötürülməsi qadağan ediləcək. Platformalar zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində onu silməli və bunun üçün 24/7 işləyən texniki sistemlər qurmalıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!