Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verildiyi kimi, tanınmış müğənni Manaf Ağayevlə jurnalist Əli Vəliyev arasında yaranmış ittiham dolu paylaşımlar Nərimanov rayon Polis İdarəsində sonlandırılıb… Və polis idarəsi rəhbərliyinin tövsiyyəsi ilə hər iki tərəf qarşılıqlı ittihamlı status və paylaşımlarını qeyd- şərtsiz silib. Lakin sonradan bəzi sosial media hesablarında yayılan xəbərlərdə bildirilir ki, guya yalnız Manaf Ağayev yazdıqlarını silib və s. Bu isə təbii olaraq anlaşılmazlıq yaradıb. Məsələ ondadır ki, sonradan yayılmış belə paylaşımlar həm də qarşılıqlı razılaşmanın pozulması kimi başa düşülür və bu, aranı qızışdırmaq kimi dəyərləndirilə bilər.
“Təzadlar”ın əməkdaşı bu dəqiqələrdə məsələyə aydınlıq gətirilməsi üçün müğənni Manaf Ağayevlə əlaqə saxlayaraq mövqeyini soruşmuşdur. Müğənni bunları bildirdi: “…Qətiyyən elə deyil və sağ olsun Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi, dedi ki, Manaf müəllim, hər ikiniz ziyalı adamsız, belə ittihamlar və statuslar qətiyyən məsləhət deyil, sosial mediadan götürülməsi lazımdır… Mən də təşəkkür etdim və dedim ki, olsun… Və hər ikimz dərhal sosial platformalardakı həmin statusları qeyd- şərtsiz sildik. Amma sonradan görürəm ki, bəzi sayt və sosial platformalarda əks məna və mahiyyətli məlumatlar yayırlar ki, guya ancaq mən statuslarımı silmişəm. Belə çıxır ki, məlum məsələdə elə günahkar mən imişəm… Hesab edirəm ki, bu düzgün hal deyil və bu cür pozuculuq dərhal yığışdırlmalı, razılaşdırılmış şərtlər qarşılıqlı işləməlidir…”.
Sitatın sonu!
ELÇİN MƏMMƏDLİ