Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyul 2026 / 07:38

ABŞ İrana yeni zərbələr endirdi- 80 hədəf vuruldu!

Trampın dünən Ankarada bəyan etdiyi kimi, ötən gecə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yeni zərbələr endirdiyini və son hücumlar zamanı 80-dən çox hədəfi vurduğunu açıqlayıb. Tezadlar.az xəbər Reuters- ə istinadla bildirir ki, hədəflər faktiki məhv edilib. Sitat: “ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda və idarəetmə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına, eləcə də Hörmüz boğazında və onun ətrafında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət dəhlizi ilə hərəkət edən beynəlxalq ticarətə hücum etmək imkanlarını zəiflətmək olub”.

Eyni zamanda İran XİN də bəyanat yayıb ki, ordu qüvvələri ABŞ- ın bölgədəki hərbi bazalarını raket atəşinə tutub və Hörmüzdən keçən hər bir gəmi İrandan razılıq almalıdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!