Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Trampın dünən Ankarada bəyan etdiyi kimi, ötən gecə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana yeni zərbələr endirdiyini və son hücumlar zamanı 80-dən çox hədəfi vurduğunu açıqlayıb. Tezadlar.az xəbər Reuters- ə istinadla bildirir ki, hədəflər faktiki məhv edilib. Sitat: “ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda və idarəetmə şəbəkələrinə, sahil radar məntəqələrinə, gəmi əleyhinə raket imkanlarına, eləcə də Hörmüz boğazında və onun ətrafında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kiçik qayığa zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət dəhlizi ilə hərəkət edən beynəlxalq ticarətə hücum etmək imkanlarını zəiflətmək olub”.
Eyni zamanda İran XİN də bəyanat yayıb ki, ordu qüvvələri ABŞ- ın bölgədəki hərbi bazalarını raket atəşinə tutub və Hörmüzdən keçən hər bir gəmi İrandan razılıq almalıdır.
A.Məmmədli