AQTA-nın heyvanların idxalı sahəsində yeni qaydalar tətbiqinə dair narazılıq getdikcə artır. Bu barədə iqtisadçı Natiq Cəfərli şərh vermişdi, AQTA həmin şərhə cavab verib. Tezadlar.az həmin cavabı və N.Cəfərlinin bu cavaba cavabını təqdim edir: “AQTA bizə cavab verdi: “Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir”.
Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı:
1) Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır! YaRaDır, qatığa niyə qara deyirsiniz ki?!
2) Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı “Maserati”də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni, xüsusi maşənda daşınan xəstə heyvan, “ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməcəm”, kimi dərin, fəsləfi düşüncələrə qərq olmur!
3) Açıqlamada bu “rifah” məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib Unversitetə imtahan verməyə aparırlar?! Ay brat, aparıb kəsirlər e onları, nə rifah, nə beynəlxalq standartlar?!
Bəlkə insanımızın rifahı haqqında düşünəsiniz?!”.