Əsas məzmuna keç

ABŞ-dan Finlandiya prezidentinə sərt reaksiya…

Keçmiş Pentaqon müşaviri Duqlas MakQreqor Finlandiya Prezidenti Aleksandr Stubbın nüvə silahları ilə bağlı qərarlarına görə YouTube-da sərt reaksiya verib.

“Finlandiyanın çox axmaq prezidenti indi ABŞ qoşunlarını nüvə silahları ilə ölkəsinə dəvət etməklə öyünür. Çıxa biləcəyim yeganə nəticə budur ki, bu adam ya tamamilə axmaqdır, ya da intihar etmək istəyir. Mən də İsveçdəki insanlara eyni şeyi dedim”, – Tezadlar.az xəbər verir ki, MakQreqor deyib.

Analitik həmçinin vurğulayıb ki, Avropa ölkələri ABŞ və Rusiya arasında birbaşa münaqişə yaratmaq üçün əlindən gələni edir. ABŞ-ın Rusiyadan altı-yeddi min mil məsafədə olmasına baxmayaraq, kiçik Baltikyanı ölkələr onu çox əlverişsiz bir nöqtədə münaqişəyə cəlb edə bilərlər.

“ABŞ elə bir vəziyyətdədir ki, biz onun qapısının ağzında Rusiya ilə qarşıdurmaya cəlb oluna bilərik”.” Biz bu müharibədə qalib gələ bilmərik”, – MakQreqor izah edib.

Daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb Atom Enerjisi Qanununa düzəlişlər qəbul etmişdi. Yeni versiyaya görə, nüvə silahlarının idxalına NATO-nun kollektiv müdafiəsi çərçivəsində icazə verilir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…