Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Bağır Zülqader ölkəsinə edilən hücumlarla bağlı bildirib ki, “Sionist rejimi döyüşçülərin cavabından sığortalanmayacaq”.
Tezadlar.az bildirir ki, Zülqader bu açıqlamanı ölkəsini hədəf alan son hücumlarla bağlı verib.
O deyib: “Əvvəllər elan etdiyimiz kimi, infrastruktura edilən hər bir hücuma mütənasib cavab veriləcək. Bu hücumların arxasında duran İsrail sionist rejimi də döyüşçülərin cavabından sığortalanmayacaq”.
Zülqader həmçinin ABŞ prezidenti Donald Trampın İran liderləri haqqında “təhqiramiz” sözlərinə reaksiya verərək deyib: “Dünyanın ən nifrət edilən siması kimi təsvir edilən Trampın kədərli İran xalqına qarşı istifadə etdiyi ifadələr ona yaraşır”.
Tramp İranla atəşkəsin bitdiyini elan edib
Ankarada keçirilən NATO Zirvəsində verdiyi açıqlamada Tramp İranla atəşkəsin bitdiyini elan edib və İran liderlərini “yalançı”, “pisxalal”, “bədniyyətli”, “zorakı” və “xəstə insanlar” adlandırıb.
ABŞ-İran müharibəsinə son qoymaq üçün iki ölkə 14 iyunda İslamabad Sazişini imzaladı və bu Saziş yekun razılaşma üçün 60 günlük danışıqlar müddətini nəzərdə tutub.
ABŞ ordusu 8 iyulda İrana qarşı yeni hücumlara başlayıb və İran qonşu ölkələrdəki ABŞ bazalarını hədəf alaraq cavab verib.
ELBAR