Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez bu dəfə də səmimi davranışı ilə gündəmə gəlib.
Tezadlar.az xəbər verir ki, tədbirdən sonra avtomobilindən enən ulduz onu gözləyən pərəstişkarlarını diqqətdən kənarda qoymayıb. Cennifer Lopez fanatları ilə görüşərək onlara avtoqraf verib, xatirə şəkilləri çəkdirib və hər biri ilə mehriban ünsiyyət qurub.
Sənətçinin sadə və səmimi münasibəti ətrafdakıların diqqətini çəkib. Həmin anları əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
İzləyicilər paylaşımın şərh bölməsində Cennifer Lopezin təvazökar davranışını yüksək qiymətləndirərək onun pərəstişkarlarına göstərdiyi diqqəti alqışlayıblar.