İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, İranın şərtləri razılaşdırılmadığı təqdirdə danışıqlarda heç bir irəliləyiş əldə edilə bilməz.
Tezadlar.az xəbər verir ki, Qalibaf ABŞ-la mümkün danışıqlar barədə açıqlamanı ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında verib.
Şərtlərin məzmunu barədə ətraflı məlumat vermədən Qalibaf bildirib ki, ölkəsi dəfələrlə vasitəçilər vasitəsilə şərtlərini qarşı tərəfə çatdırıb.
Qalibaf vurğulayıb ki, İranın şərtləri barədə razılığa gəlmədən ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilə bilməz.
ELBAR







