Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Pünhan Piriyev haqqında sosial şəbəkələrdə yayılan ölüm xəbəri izləyicilər arasında narahatlıq yaradıb.
Tezadlar.az xəbər verir ki, qısa müddətdə geniş yayılan iddialara münasibət bildirən sənətçi yayılan məlumatın həqiqəti əks etdirmədiyini açıqlayıb. O, ölümü ilə bağlı yayılan xəbərlərin tamamilə əsassız olduğunu vurğulayaraq bu şayiələri təkzib edib və videomüraciət yayımlayıb.
Pünhan Piriyev paylaşımında həm bu xəbəri yayan şəxslərə iradını bildirib, həm də onun üçün narahat olan və dəstək mesajları göndərən sevənlərinə təşəkkür edib.
Sənətçi sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanılmamasını xahiş edib.