Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Xatirə İslam bir neçə gün əvvəl həyat yoldaşı Fəxrəddin Musazadə ilə romantik video paylaşıb.
Tezadlar.az xəbər verir ki, videoda cütlüyün şəhər mərkəzində skuterlə gəzintiyə çıxdığı əks olunub. Görüntülərdə nə Xatirənin, nə də skuteri idarə edən həyat yoldaşı Fəxrəddinin dəbilqə taxmaması diqqətdən yayınmayıb.

Müğənni daha sonra paylaşımını silib. O, sosial şəbəkə hesabında açıqlama yayaraq qayda pozduqlarını və buna görə cərimələndiklərini bildirib:
“Hamı yazır ki, video niyə səhifədən silindi? Pis oldum, amma qanun şahdır. Olmazsa, olmaz. Fəxrəddinə cərimə yazılıb, hirsini mənə tökür. Problem dəbilqədədir”.