20 İyul 2026 / 21:01

Xatirə İslamdan skuter videosu ilə bağlı açıqlama

Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb.

DYP kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırıb.

————
Müğənni Xatirə İslam son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan skuter görüntüləri ilə bağlı açıqlama verib.

Tezadlar.az-ın məlumatına görə, sənətçi bildirib ki, həyat yoldaşı Fəxrəddin Musayev həmin görüntülərlə əlaqədar inzibati qaydada cərimələnib. Xatirə İslam daha çox videonun sosial şəbəkə hesabından silinməsinə görə məyus olduğunu deyib.

Müğənni qeyd edib ki, paylaşımına minlərlə izləyicidən mesaj gəlib və hər kəs videonun niyə silindiyini soruşub.

“Düzdür, qanun qanundur. Əgər olmazsa, olmaz. Amma videonun silinməsinə görə həqiqətən çox pis oldum. Ən çox sevindiyim isə o idi ki, indiyədək heç bir paylaşımıma bu qədər müsbət rəy yazılmamışdı. Minlərlə insan xoş sözlər yazmışdı. Axşamdan səhərə qədər düşünürdüm ki, insanlar məni doğrudan da bu qədər səmimi sevirlər. Təəssüf ki, video silindi”, – deyə ifaçı bildirib.

Xatirə İslam daha sonra zarafatla “Videosu silinmiş adamam, məni əsəbiləşdirməyin” sözlərini də əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni həyat yoldaşı Fəxrəddin Musayevlə birlikdə gecə saatlarında skuterlə gəzintidən görüntülər paylaşmışdı. Kadrlarda Xatirə İslamın skuterin arxa hissəsində əks istiqamətdə əyləşərək həyat yoldaşına sarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Görüntülərdən sonra yol hərəkəti qaydalarının pozulduğu bildirilib və Fəxrəddin Musayev barəsində inzibati qaydada cərimə tətbiq olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!