6 Avqust 2026 / 18:33

Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmaq cəhdlərinin və Moskvaya qarşı şantaj xarakterli addımlarının narahatlıq doğurduğunu bildirib.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti direktorunun müavini Aleksey Fadeyev brifinqdə deyib.
Onun sözlərinə görə, Moskva İrəvanın “şantaja keçmək” cəhdlərini müşahidə edir. Fadeyev bildirib ki, Brüssel, London və Paris Ermənistan iqtisadiyyatına ciddi sərmayələr yatırmayacaq.
Diplomat qeyd edib ki, Ermənistanın Rusiya ilə ənənəvi əlaqələrinə baxmayaraq, ölkədə hazırda Rusiyapərəst şəxslərin təqib edilməsi, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı arbitraj iddiaları ilə hədələmə və Kiyevlə yaxınlaşma cəhdləri müşahidə olunur. “Əgər İrəvan öz maraqlarının nəzərə alınmasına çalışırsa, Moskvanın da erməni tərəfdaşları qarşısında analoji gözləntilərinin olması təbiidir. Lakin hələlik görürük ki, Ermənistan rəhbərliyi münasibətlərimizin perspektivlərini birtərəfli hərəkət kimi qəbul edir. Biz isə daha realist və balanslaşdırılmış yanaşmaya ümid edirik”, – Fadeyev vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!