Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2026 / 23:59

Tramp Özbəkistana səfərə dəvət olundu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev amerikalı həmkarı Donald Trampı onun üçün münasib olan vaxtda Özbəkistana rəsmi səfər etməyə dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə iki liderin telefon danışığının yekunlarına dair Mirziyoyevin mətbuat xidmətinin məlumatında bildirilib.

Söhbət zamanı tərəflər Özbəkistan-ABŞ münasibətlərini və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl icrasını qeyd ediblər.

Dövlət başçıları iqtisadiyyat, investisiya, mülki aviasiya, energetika və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlığın dinamikasını yüksək qiymətləndiriblər.

Bundan əlavə, Mirziyoyev və Tramp beynəlxalq gündəlikdəki məsələləri müzakirə edərək, qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq, eləcə də regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki nəzərdən keçirilib.

Söhbətin sonunda Özbəkistan Prezidenti Donald Trampı ölkəyə rəsmi səfərə dəvət edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!