Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Avqust 2026 / 10:12

SON DƏQİQƏ! İranın dini lideri Müctəba Xameneinin yeni görüntüləri yayımlandı…

ABŞ və İsrailin hücumlarında yaralandığı və vəzifəyə başladığı gündən bəri ictimaiyyət arasında görünmədiyi deyilən İranın Ali Lideri Müctəba Xameneinin ilk görüntüləri yayımlandı.

Tezadlar.az xəbər verir ki, çəkiliş vaxtı və yeri açıqlanmayan görüntülər İranın yarı-rəsmi xəbər agentliyi Mehr tərəfindən yayımlanıb.

İranın Ali Lideri Müctəba Xameneinin səhhətinin pisləşdiyi barədə xəbərlərdən sonra Xameneinin yeni görüntüləri yayılıb.

13 saniyəlik video İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi tərəfindən paylaşılıb.

“ÖLÜM İDDİALARININ QARŞISINI ALMAQ ÜÇÜN YAYIMLANIB”

Sözügedən görüntülər Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşməsindən qısa müddət sonra ictimaiyyətə açıqlanıb.

Lakin videonun nə vaxt və harada çəkildiyi, yaxud Xamenei ilə birlikdə olan şəxslərin kimliyi barədə heç bir məlumat paylaşılmayıb.

Muctaba Xamenei

Müctəba Xamenei atası Əli Xameneinin 28 fevralda ABŞ-İsrail hava hücumunda ölümündən sonra martın əvvəlində İranın yeni dini lideri seçilib. Xamenei bu vəzifəni icra etməyə başlayandan bəri ictimaiyyət arasında görünməmişdi.

Tehran Xameneinin yaralandığını təsdiqlədi, lakin vəziyyətinin yaxşı olduğunu bildirdi.

“ONUN İCTİMAİYYƏTİN ARASINDA OLDUĞU GÖRÜNTÜLƏRİ TEZLİKLƏ YAYIMLANACAQ”

Bəsic qüvvələrinin komandir müavini Xameneinin ictimaiyyətlə və ya komandirlərlə birlikdə görüntülərinin tezliklə yayımlanacağını açıqlayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!