Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hörmüz boğazının idarə olunması ilə bağlı yeni İran qanun layihəsi İslam Respublikasına dost olmayan dövlətlər üzərində təsir gücü verəcək.
Tezadlar.az xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bu barədə TASS-a bildirib.
Onun sözlərinə görə, sənəd dost və düşmən ölkələri açıq şəkildə ayıracaq. Dost olmayan dövlətlər həm İrana, həm də bütövlükdə regiona qarşı düşmənçilik nümayiş etdirən dövlətlər olacaq.
“Hər halda, əgər onlar bizə qarşı birtərəfli və ədalətsiz sanksiyalar tətbiq etmək niyyətindədirlərsə, biz də bu potensialdan və bu təsir gücündən onlara qarşı istifadə edə biləcəyik”, – deyə millət vəkili qeyd edib.
O, yeni qanun layihəsinin Tehrana ikitərəfli münasibətlərin tənzimlənməsində böyük kömək edəcəyinə əminliyini ifadə edib.
9 avqustda IRIB İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin Hörmüz boğazının idarə olunması ilə bağlı İsrail və ABŞ gəmilərinin boğazdan keçməsini qadağan edən qanun layihəsini təsdiqlədiyini bildirib. Sənəddə həmçinin İsraillə əlaqəli hər hansı bir yükün boğazdan daşınmasına qadağa da yer alır.
ELBAR