Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədə qalib gəldiklərini və müxtəlif ölkələrin rəsmilərinin bunu ona dediklərini bildirib.
Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əraqçi Səhiyyə Nazirliyində keçirilən müharibədə zədələnmiş infrastrukturun bərpası üçün diplomatiya və səhiyyə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanma mərasimində çıxış edib.
İranın ABŞ və İsrailin hücumları ilə başlayan müharibədə özünü sübut etdiyini və “məğlubedilməz bir qüvvə” olduğunu göstərdiyini iddia edən Əraqçi deyib: “Dəfələrlə digər ölkələrin rəsmilərinin “İranlılar möcüzə göstərdilər və bütün dünyanı təəccübləndirdilər” dediyini eşitmişəm. Heç kim İranın ABŞ-la bu cür qarşıdurmaya girəcəyini və nəticədə düşməni danışıqlar tələb etməyə məcbur edəcəyini düşünmürdü.”
ABŞ prezidenti Donald Trampın müharibənin əvvəlində İrandan “qeyd-şərtsiz təslim olmaq” çağırışına toxunan Əraqçi deyib: “O, qeyd-şərtsiz təslim olmaq mesajı verdi və eyni düşmən 20 gün sonra danışıqlar üçün yalvarırdı”.
Əraqçi əlavə edib: “İran xalqı diplomatiya sahəsində öz hüquqlarını necə qorumağı göstərdi. Mən bunu müxtəlif rəsmilərdən eşitdim; onlar deyirlər ki, “Siz həm müharibədə, həm də diplomatiyada qalib gəlmisiniz”.
ELBAR