11 Avqust 2026 / 17:11

Avstraliyanın Baş naziri buna görə tənqid edildi

Avstraliyanın Baş naziri Entoni Albaniz Yaponiyanın Baş naziri Sanae Takaiçi haqqında zarafat etdiyinə görə müxalifət tərəfindən tənqid olunub.

Tezadlar.az bu barədə “The Star”a istinadən xəbər verir.

Bush Deep podkastının aparıcısı ilə söhbətində Entoni Albaniz Sanae Takaiçinin Avstraliyaya səfəri zamanı hədiyyə olaraq yüksək keyfiyyətli yapon qovunu aldığını açıqlayıb.

Yaponiyada belə meyvələr bahalı hədiyyə hesab olunur və yüzlərlə dollara başa gələ bilər. Aparıcı qovunu sərt Avstraliya gömrüklərindən necə qaçaqmalçılıq yolu ilə keçirdiyini soruşduqda, Albaniz zarafat edərək əllərini qaldırıb “bir neçə qovun” haqqında bir şey deyib.

Aparıcı Yaponiyanın Baş nazirini Pamela Andersonla müqayisə edərək cavab verib. Bu söz Avstraliya müxalifətinin tənqidinə səbəb olub və onlar zarafatı hörmətsizlik adlandırıblar və baş nazirdən üzr istəməsini tələb ediblər.

Çərşənbə axşamı Parlamentdə Albaniz ittihamları rədd edərək Sanae Takaiçinin “Avstraliyanın dostu və mənim dostum” olduğunu bildirib.

Xarici işlər naziri Peni Vonq da baş naziri müdafiə edib. O, Albanizin Yaponiya liderini təhqir etmək niyyətində olmadığını və müxalifətin onun sözlərini səhv başa düşdüyünü söyləyib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!