Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pakistan Yaxın Şərqdəki gərginliyin həlli üçün ABŞ və İranı danışıqlar masasına gətirmək üçün hər cür səy göstərdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi həftəlik mətbuat konfransında Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlama verib.
“Pakistan tərəfləri (ABŞ və İranı) danışıqlar masasına gətirmək üçün hər cür səy göstərir”, – deyən Əndrabi bölgədə sülh və sabitlik üçün çalışdıqlarını əlavə edib.
Əndrabi məsələnin həlli üçün birbaşa və dolayı yollarla konstruktiv dialoqun davam etdirilməsini təmin etməyə davam edəcəklərini bildirib.
ELBAR