Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2026 / 21:26

Gürcüstan-Rusiya sərhədində siqnalizasiya işə düşdü

Gürcüstanın Rusiya ilə sərhədi yaxınlığında, Kazbeqi bələdiyyəsinin Dariali dərəsində yerləşən Devdoraki ərazisində siqnalizasiya sistemi işə düşüb.

Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin Gəlir Xidməti məlumat yayıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə gömrük məntəqəsinin əməkdaşları, Daxili İşlər Nazirliyinin Patrul və Sərhəd Polisi əməkdaşları, müxtəlif şirkətlərin işçiləri, həmçinin yük və minik avtomobilləri, onların sürücüləri və sərnişinləri təhlükəsiz əraziyə təxliyə edilib.

“Kazbeqi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.

Hazırda Devdoraki dərəsində vəziyyət sabitləşib, “Dariali” sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!