Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ABŞ və İsraili vətəndaşlarına qarşı cinayətlərə və infrastrukturun dağıdılmasına görə qanuni məsuliyyətə cəlb etmək niyyətindədir.
Tezadlar.az xəbər verir ki, səfir Nəsrəddin Heydəri bunu TASS xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, İslam Respublikasının suverenliyini və xalqının hüquqlarını qorumaq prioritetdir. Heydəri xatırladıb ki, ABŞ iki dəfə danışıqları pozub və İrana qarşı hərbi əməliyyatlara əl atıb.
O, mülki şəxslərin ölümünü və mülki hədəflərə endirilən zərbələri, eləcə də IRIS Dena freqatına edilən hücumu misal gətirib. Səfir vurğulayıb ki, bütün bunlar Amerika və İsrail tərəflərində müharibə cinayətlərinin nümunələridir.
ABŞ, İsrail və İran arasında münaqişə 28 fevralda başlayıb. İyun ayında 60 günlük atəşkəs müqaviləsi imzalanıb, lakin 8 iyulda ABŞ İranı Hörmüz boğazı ilə bağlı müqaviləni pozmaqda ittiham edərək hücumları bərpa edib.
ELBAR