Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların bərpası barədə hələ qərar vermədiklərini bildirib.
Tezadlar.az xəbər verir ki, İranın Tasnim Xəbər Agentliyinin məlumatına görə, xarici işlər naziri Əraqçi müsahibəsində ABŞ ilə müharibəni, mümkün danışıqları və Hörmüz boğazındakı prosesi qiymətləndirib.
ABŞ ilə “atəşkəs”in uzadılıb-uzadılmayacağı ilə bağlı suala cavab olaraq, İranın xarici işlər naziri 17 iyunda İran və ABŞ arasında imzalanan anlaşma memorandumunda nəzərdə tutulanın “atəşkəs” deyil, “müharibənin sonu” olduğunu bildirib və deyib: “ABŞ anlaşma memorandumunu pozub və biz hərbi əməliyyatların yenidən başlamasının şahidi olduq, lakin indi uzadılması lazım olan atəşkəs yoxdur. Əksinə, müharibə başa çatmışdı və bu müharibə indi yeni bir forma alıb”.
ABŞ ilə danışıqların bərpası ehtimalına gəldikdə, Əraqçi deyib: “Qətər və Pakistan yalnız mesaj mübadiləsi aparır və vasitəçi kimi əlaqə saxlayırlar, lakin bu, danışıqlar demək deyil. Biz hələ ABŞ ilə danışıqların bərpası barədə qərar verməmişik”. Əraqçi İran və Oman arasında Hörmüz boğazında “təhlükəsiz marşrut” yaratmaq üçün danışıqların davam etdiyini bildirib və əlavə edib ki, “marşrut müəyyən edildikdən sonra belə, boğazın açılması ABŞ-ın riayət etməli olduğu digər şərtlərin yerinə yetirilməsindən asılıdır”.
ELBAR